BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib, onlardan 1-i ölüb

BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib, onlardan 1-i ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

"Report”un xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
Səhiyyə Nazirliyindən "Report”a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR