Bayraq Meydanının sabiq rəisi ilə tutulan şəxsin vəsatəti - Təmin edilmədi

Bayraq Meydanının sabiq rəisi ilə tutulan şəxsin vəsatəti   - Təmin edilmədi

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ləğv edilməsi barədə verilən vəsatətə baxılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən İ. İsfəndiyarovun vəkili İradə Cavadova bildirib ki, hakim Rauf Əhmədovun sədrlik etdiyi prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı, müstəntiq və prokuror iştirak etməyib. Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR