Bayram ƏFVində hansı tanınmışların adları var?

Bayram ƏFVində hansı tanınmışların adları var?

"Tanınmış şəxslərdən əfv fərmanına kimlərin adının düşəcəyini bir Allah bilir, bir də ölkə prezidenti".

Aktual.az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri, birgə İşçi Qrupun üzvü, Novella Cəfəroğlu söyləyib. Əfv siyahısının hazırlanmasında iştirak edən hüquq müdafiəçisi qeyd edib ki, onların verdiyi siyahıda tanınmış məhbusların da adları var:

"Biz siyahıda, demək olar ki, tanınmış insanların da adını vermişik. İndi qalır ölkə başçısının qərarı. Tanınmış və siyasi məhbusların hamısı o siyahıda var".

Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv üçün verdikləri siyahıda kimin adı varsa, hamısının azad olunmasını istəyirlər:

"Əfv sərəncamına hansı məşhur, tanınmış məhbusların düşəcəyini indidən demək çətindir. Amma o siyahıda tanınmış insanların əksəriyyəti da var. Biz həmin siyahıdakı məhbuslardan hər bir kəsi azadlıqda görmək istəyirik".

Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR