Baş direktor: "Xaricdən gül-çiçəklər alınmayacaq"

Baş direktor:

"Bu il mayın 10-da Bakı şəhərində keçiriləcək iməcilik zamanı ağacların deyil, əsasən, gül-çiçəklərin əkilməsinə üstünlük verəcəyik".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib.

Baş direktorun sözlərinə görə, iməciliklər zamanı güllər, gül açan kollar, bəzi yerlərdə isə dekorasiyaya uyğun ağaclar əkiləcək: "Bütün bunları bir kompozisiya formasında təqdim edəcəyik".

V.Novruzov deyib ki, gül-çiçəklər əsasən Azərbaycanda yetişdirilənlər olacaq: "Kifayət qədər güllüklərimiz var. Buna görə də əsasən, onlara üstünlük veriləcək. Xaricdən əkilmək üçün gül-çiçəklər alınmayacaq".

Birliyin baş direktoru deyib ki, iməciliklər Bakının 12 rayonunun hamısındakı bütün park, bağ və xiyabanlarında təşkil olunacaq: "İməciliklərə ayrı-ayrı vətəndaşlar, həvəskar şəxslər də dəvət ediliblər. İməciliklər bizim rəhbərliyimizlə hər bir rayon səviyyəsində keçiriləcək".

Xatırladaq ki, hər il ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı artıq yeni formatda keçiriləcək. Bu ildən başlayaraq isə mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və gül əkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR