“Barselona”nın baş məşqçisi Messinin kluba qayıdışına münasibət bildirib

“Barselona”nın baş məşqçisi Messinin kluba qayıdışına münasibət bildirib

"Barselona”nın baş məşqçisi Xavi "PSJ” futbol klubunun hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Aktual.az  xəbər verir ki, bu barədə "Barça Buzz” məlumat yayıb.
"Bütün kataloniyalılar Messini sevir, o, tarixin ən yaxşı oyunçusudur, ssenari belədir ki, çox şey onun nə etmək istədiyindən asılıdır, sonra qərar verəcəyik. Messinin mümkün keçidi böyük ölçüdə onun özündən asılıdır”-deyə, o bildirib.
Ümumilikdə Messi bu mövsüm Fransa çempionatında 31 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. O, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər etdiyi üçün komandadan uzaqlaşdırılıb. O, üzr istədikdən sonra məşqlərə buraxılıb.

Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR