Banklararası kreditlər UCUZLAŞDI

Banklararası kreditlər   UCUZLAŞDI

Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin may ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,68 faiz bəndi azalaraq iyunun 1-nə illik 4,64%, xarici valyutada isə 0,06 faiz bəndi azalaraq illik 4,49%-ə düşüb.

Aktual.az  report-a istinadən bildirir ki, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 30-90 günlük kreditlərdə - illik 8,95%, xarici valyutada isə 11,43% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə manatla 1 ildən yuxarı kreditlərdə 1,25%, xarici valyutada bir aylıq kreditlərdə 2,05% olub.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR