Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

"Balakhani Operating Company LTD” hasilat şirkəti və FHN-nin Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi əməkdaşlığı gücləndirir.

Aktual.az xəbər verir ki, bununla bağlı tərəflər birgə seminar təşkil ediblər.

Hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədi ilə şirkətin SƏTƏM qaydaları, xüsusilə də, qapalı sahələrdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bilik və bacarıqlara dair təqdimat keçirib.

Müzakirələr zamanı zədə və xəsarətlərin qarşısının alınması ilə bağlı qarşılıqlı bilik mübadiləsi aparılıb, eləcə də yanğın təhlükəsizliyi qaydaları mövzusunda İdarənin profilaktika sektorunun əməkdaşları ilə seminarların davam etdirilməsi razılaşdırılıb.


Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR