Bakıda yük maşını yaşayış evinə girdi – VİDEO

Bakıda yük maşını yaşayış evinə girdi – VİDEO

Bakıda yük maşını yaşayış evinə çırpılıb.

Aktual.az  xəbər verir ki, şahidlərin APA-ya veriyi məlumata görə, hadisə Zığ yolunda qeydə alınıb.

Qum ilə dolu "KamAZ” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı hasara, daha sonra yaşayış evinə çırpılıb. Yük maşını arxaya hərəkət etmək istəyərkən minik avtomobilini əzib.

Qəza nəticəsində bir vətəndaşın hasarı uçub və digər bir vətəndaşa məxsus yaşayış evinə ciddi ziyan dəyib. Qəza zamanı yol kənarındakı elektrik və qaz xətləri də qırılıb. Nəticədə yanğın meydana gəlib.

Qəza səbəbindən sözügedən ərazidə yaşayan şəxslərə elektrik enerjisinin və təbii qazın verilişində məhdudiyyətlər yaranıb.

Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR