Bakıda yıxılaraq xəsarət alan şəxs 13 gün sonra ölüb

Bakıda yıxılaraq xəsarət alan şəxs 13 gün sonra ölüb

28 avqust tarixində yıxılaraq ağır xəsarətlər alan Bakıxanov qəsəbə sakini Həsənov Toğrul bu gecə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

"Report"un məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən 43 yaşlı xəstə dünyasını dəyişib.
Qeyd edək ki, Həsənov Toğrul içkili vəziyyətdə yıxılaraq ağır xəsarətlər alıb. O, öncə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alıb. Lakin həkimlərin müayinəsindən sonra ona kəllə-beyin travması qoyulub və müalicəsini davam etdirmək üçün Travmatologiya şöbəsinə yerləşdirilmişdi. 
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR