Bakıda yanğın - Gözətçi öldü

Bakıda yanğın - Gözətçi öldü

Bakıda gözətçi köşkündə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş verib.

Nəticədə köşkün yanar konstruksiyaları yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 872 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR