Bakıda yanğın - 1 nəfər öldü

Bakıda yanğın - 1 nəfər öldü

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. 

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərə verir ki, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
 
Aktual.az
Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR