Bakıda vəzifəli şəxs nəzarətçini söydü, həbs edildi

Bakıda vəzifəli şəxs nəzarətçini söydü, həbs edildi

Bakıda fəaliyyət göstərən otellərdən birinin icraçı direktoru parkinqə nəzarət edən şəxsi söydüyü üçün həbs olunub.
Aktual.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb.
Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, otel direktoru çalışan Sənan Vəliyevdən (ad-soyad şərti) idarə etdiyi evakuatoru parkinqdə saxlamamasını, maşını ərazidən çıxarmasını tələb edib. Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayıb və aralarında mübahisə yaranıb. Bu zaman Sənan parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr işlədib.
Polis tərəfindən saxlanılan otel direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR