Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.

"Report”un xəbərinə görə, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.
Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.
O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR