Bakıda tanışına 16 bıçaq zərbəsi vuran şəxs həbs edilib

Bakıda tanışına 16 bıçaq zərbəsi vuran şəxs həbs edilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. 
Belə ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. 
Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. 
Daha sonra B.Abdullayev T.Cəbrayılovu bıçaqlayıb və hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR