Bakıda sulu qar yağacaq

Bakıda sulu qar yağacaq

Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağaçağı gözlənilir, yarmadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, günün ikinci yarısında yağış tədricən kəsiləcək, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, arabir sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR