Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən — ŞOK GÖRÜNTÜLƏR - Yenilənib

Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən — ŞOK GÖRÜNTÜLƏR - Yenilənib

Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb.

Aktual.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, qətlə yetirilən 38 yaşlı Mədinə Qurbanovanın qayınatası Maarif Əliyev gəlininin nəvəsi tərəfindən güllələnməsi vaxtı hadisənin baş verdiyi otaqda olduğunu deyib: "Mədinə mənim iynələrimi vururdu, başımı-üzümü qırxırdı. Ondan heç bir narazılığımız yox idi. Həmişə günahı oğlumda görürdüm. Amma Allah telefon çıxardanın evini yıxsın, həmişə telefonda qurdalanırdı. Nəvəm də kiminləsə yazışdığını görüb. Hadisə vaxtı isə mən yuxuya getmişdim. Mədinə ağrıkəsici vurduğundan yuxu aparıb məni. Böyük qızı kresloda mürgüləyirmiş. Özü də balaca qızını əmizdirirdi. Bir qədər sonra böyük qız anasını yuxudan qaldırmağa çalışanda görüb ki, qan içindədir".


M.Əliyev əlavə edib ki, nəvəsi Maarif Əliyev hadisə vaxtı tüfəngi anasının başına dayayaraq atəş açdığından güclü səs çıxmayıb və güllələnmədən sonra xəbər tutub.


Qeyd edək ki, hadisəni törədən 16 yaşlı Maarif Əliyev orta məktəbin 11-ci sinif şagirdi olub.


Məlum hadisənin baş verdiyi ailə Füzuli işğal olunandan sonra əvvəlcə Sabirabadda, sonra isə Şirvan şəhərində köçkün həyatı yaşayıb və bir neçə il əvvəl Zabrata köçüb. Hadisədən sonra M.Qurbanovanın yaxınları onun həyat yoldaşının qohumlarını həyətdən çıxarıb və 38 yaşlı qadının dəfninə buraxmayıblar.

***
Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Aktual.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, 16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.
 
***
Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. 

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
 
 
 


Aktual.az
Xəbər 10271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR