Bakıda quldurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda quldurluq edən keçmiş məhkum saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, "102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini S.Cəfərov dekabrın 3-də tanımadığı şəxsin onu silaha oxşar əşya ilə hədələyərək "Hyundai” markalı avtomobilini almasını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qısa müddətdə avtomobili quldurluq yolu ilə alan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əsgərov idarə etdiyi "BMW” markalı avtomobillə birgə saxlanılıb.
Araşdırmalarla onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.
Xəbər 704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR