Bakıda keçmiş məhkum qadına xəsarət yetirib

Bakıda keçmiş məhkum qadına xəsarət yetirib

Bakıda keçmiş məhkum qadına xəsarət yetirib.

"Report”un məlumatına görə, hadisə Binəqədi rayon ərazisində baş verib.
Belə ki, İmişli rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş M.Qənbərov 1963-cü il təvəllüdlü F.Cəfərovaya qapalı kəllə-beyin travması xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurub və hadisə yerindən qaçıb.
Daha sonra M.Qənbərov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-in İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR