Bakıda iki maşın yandı

Bakıda iki maşın yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Aktual.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilin mühərrikinin yanar hissələri yanıb, yüksək temperaturdan yaxınlıqda dayanmış "Mitsubishi" markalı minik avtomobilin sol qabaq qapısının üzlüyü qismən qarsalanıb/

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR