Bakıda gənc bacısını qaçıran qohumunu qətlə yetirdi

Bakıda gənc bacısını qaçıran qohumunu qətlə yetirdi

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Aktual.az  xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, qətl hadisəsi Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.

Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

N.Quliyev isə könüllü şəkildə polisə təslim olub.

Qeyd edək ki, hər iki şəxs Ağdam rayonundan məcburi köçkündür.

Faktla bağlı istintaq aparılır.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR