Bakıda dostların içki məclisi qanla bitdi

Bakıda dostların içki məclisi qanla bitdi

Bakının Sabunçu rayonda bıçaqlanma hadisəsi qeydə alınıb.

Aktual.az APA”ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1992-ci il təvəllüdlü Ələsgərov Qəzənfər Elxan oğlu dostu ilə birlikdə kafedə yeyib-içdikdən sonra mübahisə edib. Mübahisə davaya çevrilib və Qəzənfər döş qəfəsindən bıçaq zərbəsi alıb.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O əməliyyat olunub. Q.Ələsgərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 976 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR