Bakıda dələduzluq edən şəxs döyülüb

Bakıda dələduzluq edən şəxs döyülüb

Bakı sakini T.Səttarov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Biləcəri qəsəbəsində bir neçə nəfər tərəfindən döyülərək ölümlə hədələnib.

"Report"un xəbərinə görə, araşdırma zamanı müəyyən edilib ki, T.Səfərov Rüstəm, Yusif, Musa, Vüsal, Fəxrəddin və Müşviq adlı şəxslərin hər birindən 15 min manat pul alıb. Onları vaxtından əvvəl təqaüdə çıxmasına köməklik göstərəcəyi vədini verib. Verdiyi vədə əməl etmədiyi üçün o həmin şəxslər tərəfindən döyülərək hədələnib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T.Səttarov xəstəxanalardan birində kuryer işləyir.
 
Aktual.az
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR