Bakıda baş verən yol qəzasında iki qardaş xəsarət alıb

Bakıda baş verən yol qəzasında iki qardaş xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb. Hadisə zamanı Tarverdiyev Asim Talib oğlu və Tarverdiyev Rasim Talib oğluxəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR