Bakıda bacı və qardaş bıçaqlanıblar

Bakıda bacı və qardaş bıçaqlanıblar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.
Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR