Bakıda avtomobil 14 yaşlı qızı vuraraq öldürüb

Bakıda avtomobil 14 yaşlı qızı vuraraq öldürüb

Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR