Bakıda ata qızını polisə verdi

Bakıda ata qızını polisə verdi

Bakıda ata ondan icazəsiz lombarda qızıl qoyaraq borc pul götürən qızından polisə şikayət edib.

Aktual.az  lent.az-a istinadən bildirir ki, Xətai rayon sakini, 64 yaşlı Firudin Həsənov (ad və soyad şərtidir) müraciətində bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 24 yaşlı Nazlı Həsənovakimsəyə bildirmədən evdən 3 min manatlıq qızıl-zinət əşyalarını lombarda qoyaraq borc pul alıb.

Ata qızı barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş edib.

Araşdırma aparılır.

Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR