Bakı-Sumqayıt qatarı qızı vurdu - Qulaqcıqla mahnıya qulaq asırmış

Bakı-Sumqayıt qatarı qızı vurdu - Qulaqcıqla mahnıya qulaq asırmış

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı gənc qızı vurub.

Bu barədə  Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya doğru hərəkət edən iki mərtəbəli elektrik qatarı gənc qıza yüngülcə toxunub:

"Maşinist dəfələrlə xəbərdaredici siqnallar versə də, qız, qulaqcıqla mahnıya qulaq asdığı üçün eşitməyib. Nəticədə isə qatar ona toxunub və qız yüngül xəsarətlər alıb. O, dərhal təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır”.

Aktual.az
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR