Bakı-Sumqayıt qatarı ilə hər gün 3000 adam daşınır

Bakı-Sumqayıt qatarı ilə hər gün 3000 adam daşınır

 "Bakı-Sumqayıt elektrik qatarı ilə hər gün 2600-3000 adam daşınır".

Aktual.az xəbər verir ki, bunu Apa-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanovun sözlərinə görə, Biləcəri və Xırdalan dəmir yolu stansiyalarında işlər davam etdirilir.

"Hazırda danışıqlar aparırıq və yəqin ki, yeni elektrovozlar alınacaq. Zabrat xəttini, dairəvi yolun ikinci hissəsini də açsaq vətəndaşlarımızın 3 saatlıq yolunu iki dəfə qısaltmış olacağıq. Bununla, bu ərazidə yaşayan 2 milyon insana xidmət etmiş olacağıq”, - deyə o bildirib.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR