Bakı metrosunda ajiotaj yarandı

Bakı metrosunda ajiotaj yarandı

Bu gün “Ulduz” metrostansiyasında problem yaşanıb.

Aktual.az Gün.az-a istinadən xəbər verir ki, səhər 6:50 radələrində “Dərnəgül” xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyyə olunub. Hadisə yerində olan şahidin saytımıza verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gün.Az-a deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb.

“Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb” – deyə, N.Paşayev bildirib.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR