Bakı funikulyoru ödənişli olacaq?

Bakı funikulyoru ödənişli olacaq?

Bakıda fəaliyyət göstərən funikulyor 4 ildir ödənişsiz fəaliyyət göstərir

Aktual.az report-a istinadən xəbər verir ki, bunu Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.

Funikulyorun pullu xidmətə nə zaman keçəcəyi məlum deyil.

O xatırladıb ki, funikulyorda yeni sistem quraşdırıldıqdan sonra xidmətdən istifadə pulsuzdur: "Artıq yeni sistemin quraşdırılmasından 4 il ötür. Funiklyorun nə zaman ödənişli xidmətə keçəcəyini bilmirəm. Bu barədə məlumatım yoxdur".

Xatırladaq ki, yeni sistem quraşdırılmamışdan əvvəl xidmətin qiyməti 20 qəpik olub.
Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 45 il ötür.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR