"Bakcell" şirkəti ilk “ağıllı avtomobil”i təqdim etdi


“Bakcell” şirkəti “Tesla” və 189 Taksi xidməti ilə birlikdə ilk “ağıllı avtomobil”i təqdim edib.

Şirkətdən verilən xəbərə görə, “Bakcell” stendinin ziyarətçiləri “Ulduzum” proqramı vasitəsilə taksi xidməti üçün 20% endirim qazanır.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Tesla” və 189 Taksi xidməti ilə birlikdə “Bakutel 2015” sərgisində öz Wi-Fi internet xidmətinin funksional imkanlarını nümayiş etdirir.

“Bakcell” stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradılıb. Stendin ziyarətçiləri ən son “Tesla” avtomobilini və avtomobil texnologiyası ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.

189 Taksi xidməti “Bakcell”in ən böyük korporativ müştərilərindən biri və “Ulduzum” sadiqlik proqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

Bunun üçün “Bakcell” abunəçiləri 189 taksi xidmətinin avtomobillərində “Bakcell”in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən “Bakcell” abunəçisi və ya rouminqdə olarkən “Bakcell” şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

“Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən “Bakcell” abunəçiləri “Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. “Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında “Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.

“Bakcell” şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.

Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR