Azyaşlının anasını öldürməsi faktı ilə bağlı cinayət işi başlandı - Ağsuda

Azyaşlının anasını öldürməsi faktı ilə bağlı cinayət işi başlandı - Ağsuda

Daxili İşlər Nazirliyi Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan "MR-155" markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  
 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 750 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR