“Azərsu” yeni smart sayğaclar quraşdıracaq - Foto

“Azərsu” yeni smart sayğaclar quraşdıracaq   - Foto

“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaqdır. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, tender elanının tam mətni www.azersu.az saytının “Tender və elanlar” bölməsində yerləşdirilib.

Qeyd edək ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanıb. 01 aprel 2016-cı il tarixə olan məlumata görə “Azərsu” ASC tərəfindən 417550 smart sayğac quraşdırılıb. Quraşdırılmış sayğacların 381381 ədədi əhali, 36169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244997, regionlarda isə 172553 ədəd smart sayğac quraşdırılıb.

Xəbər 739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR