Azərbaycanlı Rusiyada təcili yardım həkimlərini döydü

Azərbaycanlı Rusiyada təcili yardım həkimlərini döydü
  • DÜNYA

Peterburqda Şöhrət prospekti, 52-də günboyu işləyən mağazada azərbaycanlı tibbi yardım göstərməyə gələn iki qızı döyüb.

Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiya KİV-i şahidlərin sözlərinə görə məlumat yayıb.

Xəbər verildiyi kimi, hadisə fevral ayının 3-də gündüz saatlarında baş verib. Azərbaycanlı kişi huşunu itirib, onun üçün təcili tibbi yardım çağırılıb. Çağırış üzrə təcili yardım gəlib, briqdanın tərkibində iki qız olub.

İlkin məlumata görə, özünə gələn kişi heç bir səbəb olmadan ona yardım edən təcili tibbi yardım həkimlərini döyüb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları çağırılıb. Bundan sonra daha öncə huşunu itirən kişi və təcili yardım həkimləri xəstəxanaya yerləşdiriliblər.

Hazırda baş verən fakt üzrə araşdırma aparılır.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR