Azərbaycanlı gəncə Gürcüstan hökumətində vəzifə verildi

Azərbaycanlı gəncə Gürcüstan hökumətində vəzifə verildi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Anar Süleymanov təyinat alıb. O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun Administrasiyasında baş mütəxəssis işləyib.

Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu ilin iyulunda istefa verib.
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR