Azərbaycanın qiymətli kağızlar bazarında yenilik

Azərbaycanın qiymətli kağızlar bazarında yenilik

2016-cı ildən Azərbaycanın qiymətli kağızlar bazarında məlumatların elektron açıqlanması sistemi işə başlayacaq.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev KİV-lər üçün "Açıq qapı günü" çərçivəsində deyib.

Onun sözlərinə görə, istənilən vaxt məlumatı sistemə daxil etmək mümkün olacaq və hər bir emitent saytda yerləşdirilən məlumata görə məsuliyyət daşıyacaq: "Sistem məlumatın açıqlanması üzərində nəzarətin səmərəliliyini artıracaq, eləcə də məlumatın açıqlanması üzrə emitentlərin xərclərini azaldacaq. Bundan başqa, sistem redaktə və dəyişiklik olmadan emitentlər barədə məlumat təqdim etməyə imkan yaradacaq. Digər resurslarda bu məlumatın paylaşılması həmin məlumatın bu sistemdə yerləşdirilməsindən sonra mümkün olacaq".

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR