Azərbaycanın Parisdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Azərbaycanın Parisdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Azərbaycanın Parisdəki səfirliyinin və Mədəniyyət Mərkəzinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov deyib.

Qeyri-iş günü olduğu nəzərə alınaraq, səfirliyin və mərkəzin əməkdaşlarına ehtiyac olmadığı təqdirdə, şəhərdə hərəkəti məhdudlaşdırmaq barədə göstəriş verilib.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR