Azərbaycanın Batumidəki baş konsulu Naxçıvana səfər edib

Azərbaycanın Batumidəki baş konsulu Naxçıvana səfər edib

02-03 mart 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasına səfər edib.


Səfər cərcivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüş kecirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əhalinin gediş-gəlişinin sadələşdirilməsi üçün nəqliyyat əlaqələrinin yaranması, hər iki region üzrə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində səylərin artırılması məsələləri müzakirə olunub.

Səfər cərcivəsində həmcinin, baş konsul Rəşad İsmayılov,Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev muzeyindəki, ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla yaxından tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Acarıstan Muxtar Respublikası Hökuməti arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənməkdədir.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR