Azərbaycanda təhlükəli ərazilərə nəzarət olunacaq

Azərbaycanda təhlükəli ərazilərə nəzarət olunacaq

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"n nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O, ölkə başçısının təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında sərəncamı xatırladıb. Bildirib ki, sənədin icrasına başlanılıb və akademik sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradılıb. Onun sözlərinə görə, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq yol xəritəsi hazırlanıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirib ki, Azərbaycanda fövqəladə hallar atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlayıb və prezidentin məlum Sərəncamından sonra sürətlənib. Tariel Hüseynov vurğulayıb ki, atlasın nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR