Azərbaycanda qriplə bağlı VƏZİYYƏT - Mövsümi qrip virusları aşkarlanıb

Azərbaycanda qriplə bağlı VƏZİYYƏT - Mövsümi qrip virusları aşkarlanıb

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.


Aktual.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Bu payız-qış mövsümü ərzində götürülən müayinə materialı arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə halı baş verməyib.

A.Əliyeva qeyd edib ki, qonşu Gürcüstanda H1N1 virusunun olması ilə bağlı Azərbaycanın sərhəd-keçid məntəqələri məlumatlandırılıb. Xəstəliyin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür:

 

"Hər hansı yüksəktemperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR