Azərbaycanda meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edildi   - YENİLƏNİB

Azərbaycanda meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edildi   - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu rayonunda meşə ərazisində başlayan yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən Aktual.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
 
***

Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un  Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 
Hazırda yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaq istiqamətində işlər davam etdirilir.
Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR