Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı artırılacaq.

Aktual.az-ın xəbərinə görə, bu, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda nəzərdə tutulub.
Fərmana əsasən, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR