Azərbaycanda körpələrə daha çox hansı adlar verilir? - Siyahı

Azərbaycanda körpələrə daha çox hansı adlar verilir?   - Siyahı

Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib.

Aktual.az Report-a istinadən xəbər verir ki,son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.

Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb.
Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.

Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir.

Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.

Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.

Xəbər 831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR