Azərbaycanda hansı sahədə plagiatlıq geniş yayılıb?

Azərbaycanda hansı sahədə plagiatlıq geniş yayılıb?

Aprelin 7-də Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “dəyirmi masa” keçirilib.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), nazirliklərin nümayəndələri, ali məktəblərin rəhbərləri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov tədbirin əhəmiyyətini qeyd edib, əsərlərin mətnlərində plagiatın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Tədbirdə MHA-nın sədri Kamran İmanovun “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşının alınması yolları” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra AMEA-nın nümayəndələri, ali məktəblərin rektorları, nazirlik və əlaqədar qurumların əməkdaşları mövzu ətrafında çıxış ediblər.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR