Azərbaycanda çəyirtkələr kütləvi şəkildə məhv edilib

Azərbaycanda çəyirtkələr kütləvi şəkildə məhv edilib

Azərbaycanda sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, bu günə qədər nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar, Ağstafa rayonunda isə 1420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri görülüb. 

Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1400 hektar, İmişli rayonunda 4405 hektar, Hacıqabul rayonunda 1250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilərin məhv edilməsi həyata keçirilib. 

Ümumilikdə isə ölkə üzrə 16 min 100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb.

Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan "AU8115M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə görülüb.

Hazırda xidmətin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri təşkil olunur.

Çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. 

Nazirlik qeyd edir ki, mümkün zərərin qarşısını tez bir zamanda alınması üşün mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır. 

Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər.


Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR