Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü

Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2107” markalı avtomobilin sürücüsü Məmmədzadə Nicat Fizuli oğlu ölüb, "BMW” avtomobildəki sərnişinlərdən biri Məmmədzadə Samir Nizami oğlu ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərin sürücüsü əmioğludurlar. Bununla yanaşı, qəzada ölmüş "VAZ-2107” markalı avtomobilin sürücüsünün bu gün toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Aktual.az

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR