Azərbaycanda 30 ton ət məhv olundu

Azərbaycanda 30 ton ət məhv olundu

Cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən ölkə ərazisində ümumilikdə 30 tona yaxın yararsız və təhlükə mənbəyi olan ət aşkarlanıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bunu DBNX-nin əməkdaşı Eldar Xankişiyev verib.

Onun sözlərinə görə, dekabrın 28-də Lənkəran rayonunun Osakücə kəndinin yaxınlığındakı meşə massivində ölü vəziyyətdə aşkarlanmış 2 baş iri buynuzlu heyvan cəsədindən götürülmüş nümunələrin nəticələri artıq məlum olub. Laboratoriya müayinəsi zamanı həmin heyvanlarda bakterioloji çirklənmə və onların qida məqsədilə istifadəyə yararsız olduğu müəyyənləşdirilib. Heyvanların cəmdəyi DBNX-nin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində xüsusi ayrılmış yerdə torpağa basdırılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyd zamanı rayonun Osakücə kəndinin meşə ərazində ölmüş 2 baş heyvan cəmdəyi, reyddən sonra isə daha 1 baş heyvanın cəmdəyi qeyd edilən ərazidə tapılıb. Heyvan cəsədləri Masallı rayonunun Boradigah kənd sakini, özünü qəssab adlandıran Müslüm Əbülfəz oğlu Cəfərov tərəfindən "QAZ -24" markalı, 12 BA 284 dövlət nömrə nişanlı maşında daşınarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR