Azərbaycanda 3 nəfər yük maşınının altında qaldı

Azərbaycanda 3 nəfər yük maşınının altında qaldı

Quba rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Quba-Ərməki kənd yolunda qeydə alınıb. "QAZ 66" markalı avtomobil yolda dayanan 3 nəfəri vurub. Həmin şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Ərməki kənd sakinləri, 1967-ci il təvəllüdlü Daşdəmirov Mübariz Yadigar oğlu, 1973-cü il təvəllüdlü Mehrəliyev Rəsul Hafiz oğlu və 1962-ci il təvəllüdlü Süleymanov İdris Xalid oğludur.

Məlumata görə, xəsarət alanlar yolda nasaz olan avtomobili təmir etmək istəyirmişlər. 
 
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
 
 
Aktual.az
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR