Azərbaycanda 17 yaşlı oğlan atasını öldürdü

Azərbaycanda 17 yaşlı oğlan atasını öldürdü

Yardımlıda qətl hadisəsi törədilib.

Aktual.az  APA-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Sabir oğlu Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vurub. N. Şahverənov aldığı yaradan hadisə yerində ölüb.
 
Qətli törətmiş Q. Şahverənov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR