Azərbaycana qurban əti gətirildi - 37 ton

Azərbaycana qurban əti gətirildi - 37 ton

Səudiyyə Ərəbistanı Krallığı «Qurban Əti İstifadəsi» layihəsi çərçivəsində Füzuli və Biləsuvar rayonlarında məskunlaşmış məcburi köçkünlərə 37312 kq qurban əti göndərib.
 
İslam İnkişaf Bankı xətti ilə çatdırılan yardım bu gün Azərbaycan hökumətinə təhvil verilib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki,  layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir: "Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur.
 
Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-un 1,5 faizini təşkil edir. Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollar çatıb. Bu yardımlardan 75 dövlət faydalanıb ki, onların əksəriyyəti müsəlman ölkəsidir”. 
 
Aktual.az
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR